Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun sədr müavini Musa Əbu Marzuk Rusiya paytaxtı Moskvada səfərdədir.
“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
O, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.
Qeyd edək ki, Fələstin dövlətinin başçısı Mahmud Abbasın da Rusiyaya səfəri gözlənilir.