Hələb minaatanlardan atəşə tutulub: 5 ölü, 4 yaralı

Bakı. 23 mart. REPORT.AZ/ Suriyada silahlı müxaliflər Hələbin cənub-qərbindəki Əl-Həmdaniyə yaşayış məntəqəsini minaatanlardan atəşə tutub.

"Report"un məlumatına görə, bu barədə "Sana" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, atəş zamanı mərmilər Radvan məscidi yaxınlığındakı orta məktəbə düşüb. Nəticədə 5 uşaq ölüb, daha 4 nəfər yaralanıb.

Agentliyin məlumatına görə, məktəbdə müvəqqəti olaraq qaçqın ailələri məskunlaşıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10