Həbəşistanda toqquşmalar zamanı azı 61 nəfər həlak olub

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu həftə Həbəşistanın Oromia bölgəsində müxtəlif etnik qruplar arasında baş verən toqquşmalar zamanı azı 61 insan həlak olub.

"Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, toqquşmalar 14-17 dekabrda Havi Qudina və Daro Lebu ərazilərində baş verib. Hazırda insan itkiləri ilə nəticələnən toqquşmaların istintaqı aparılır.

Hadisələrin səbəbi hələlik məlum deyil. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10