Avropa ABŞ Prezidenti Donald Trampa Ukrayna ilə bağlı sülh planını təhvil verib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.
O bildirib ki, ABŞ ilə danışıqlar bu həftə sonu baş tuta bilər.
"Dekabrın 10-u ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefon danışığımız olub, növbəti günlər ərzində gələcək prosesi müzakirə etdik," – F.Merts deyib.
Kansler qeyd edib ki, Avropa liderləri ABŞ ilə birgə sənədlərin müzakirəsini başa çatdırmağı təklif ediblər.