Filippində koronavirusa yoluxanların sayı 60 mini ötdü

Filippində daha 2 498 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da yoluxanların ümumi sayı 61 266 nəfərə çatıb.

Ümumilikdə, 21 mindən çox pasiyent sağalıb, 1 643 nəfər infeksiyanın qurbanı olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10