Filippində şəhər meri sui-qəsddən sağ çıxıb

Filippin cənubunda Maginadanao əyalətində Şarif Aquak şəhərinin meri Əhməd Ampatuan sui-qəsddən sağ çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Philippine News Agency" məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər iki avtomobildən ibarət karvana hücum edib, nəqliyyat vasitələrini atəşə tutublar. Məmur zirehli avtomobilin içərisində olduğu üçün xəsarət almayıb. Lakin təhlükəsizlik xidmətinin iki əməkdaşı güllə yaraları alıb.

Şübhəlilər qaçmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.

Atışma zamanı üç nəfər öldürülüb. "Təhlükəsizliyi təmin olunub", - merin köməkçisi Ənvər Kuit Emblava jurnalistlərə bildirib.

Qeyd olunur ki, Ampatuan son beş ildə iki sui-qəsddən sağ çıxıb.

Digər xəbərlər