ABŞ Prezidenti Donald Trampın administrasiyasında ticarət naziri Hovard Latnikin vəzifəsindən kənarlaşdırılması ehtimalı müzakirə edilir. Buna səbəb onun Çinə kompüter çiplərinin ixracı ilə bağlı qərarlarının tənqid olunmasıdır.
"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, "Nvidia" şirkətinin keçmiş rəhbəri Censen Huana dair qalmaqaldan sonra Latnikə narazılıq daha da artıb. ABŞ qanunvericiləri nazirliyi onlarla Çin şirkətinin əsas ticarət məhdudiyyətləri siyahısına daxil edilməməsinə görə tənqid edirlər. Konqresdə, həmçinin "Nvidia" məhsullarının Çin bazarına tədarükünə nəzarətin yetərli olmamasından narahatlıq ifadə olunur.
"Reuters" qeyd edir ki, Latnik daha əvvəl də süni intellekt sahəsində istifadə olunan mikroçiplərin Çinə ixracı ilə bağlı kifayət qədər sərt mövqe tutmamaqda ittiham edilib. "Nvidia" ətrafında baş verən son hadisələr bu məsələni yenidən gündəmə gətirib.
Bununla yanaşı, Ağ Evin nümayəndəsi agentliyə bildirib ki, Donald Tramp Latnikə tam etimad göstərir və onun ticarət naziri vəzifəsini icra etmək qabiliyyətinə inanır.