Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərinin müdafiəsi zərurəti yaranarsa, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Salem News Channel" telekanalına müsahibəsində danışıb.

Vaşinqtonun müttəfiqlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Tehrana qarşı hərbi əməliyyatlara başlamağa hazır olub-olmadığı barədə suala cavab verən Tramp belə bir qərar qəbul etməkdə tərəddüd etməyəcəyini vurğulayıb.

"Xeyr, heç bir tərəddüd yoxdur. Hazırda hər şey çox yaxşı gedir", – ABŞ Prezidenti deyib.

Digər xəbərlər