​Filippində daşqınlar səbəbindən 70 mindən çox insan təxliyə edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Filippində daşqınlar səbəbindən 70 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, onların arasında ölkə paytaxtı Manilanın 9 min sakini də var.

Təbii fəlakət nəticəsində 5 nəfər ölüb.

Leysan yağışları bu həftə ölkənin qərb rayonlarında yağmağa başlayıb. Təbii fəlakət səbəbindən hökumət məktəbləri bağlayıb, hava limanları bir sıra daxili reysləri ləğv edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10