Filipində yol qəzasında 5 nəfər ölüb

Filipinin Kuezon əyalətinin Paqbilao şəhəri yaxınlığında, paytaxt Maniladan cənub istiqamətində gedən magistral yolda avtobusla yük maşınının toqquşması nəticəsində azı 5 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

“Report” “Rappler”ə istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, “Mitsubishi Canter” yük maşınının qarşıdan gələn avtobusla toqquşması faciəyə səbəb olub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10