Fələstində koronavirusa yoluxanların sayı 250-ni keçdi

Fələstin dövləti ərazisində koronavirusa yoluxanların ümumi sayı 252-yə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi İlkin tibbi yardım xidmətinin baş direktoru Kamal əş-Şahra məlumat verib

Onun sözlərinə görə, aprelin 6-da Qüds və Xevron ətrafında 15 yoluxma faktı qeydə alınıb.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10