Fransa Prezidenti İsraildədir - YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makronun təyyarəsi İsrailin Təl-Əviv şəhərinin Ben-Qurion hava limanında eniş edib.

“Report” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, Fransa liderinin səfəri həlak olanların ailələrini ziyarət etməklə başlanacaq.

Telekanalın məlumatına görə, HƏMAS-ın hücumu nəticəsində 30 fransız həlak olub, 7 nəfər itkin düşüb.

02:12

Fələstin Dövlətinin inzibati mərkəzi Ramallahda (İordan çayının Qərb sahili) Prezident Mahmud Abbasla fransalı həmkarı Emmanuel Makron arasında görüş olacaq.

“Report” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, görüş oktyabrın 24-də keçiriləcək. Eyni gün Fransa lideri İsrailə də səfər edəcək. Avropalı siyasətçi İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Digər xəbərlər