Kaliforniyada 5,1 maqnitudalı zəlzələ olub

ABŞ-nin Kaliforniya ştatının Monterey dairəsindəki Soledad şəhəri yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Qurumun məlumatına görə, zəlzələnin ocağı 6,7 km dərinlikdə yerləşib. Əvvəlcə yeraltı təkanların maqnitudası 5,4 olaraq qiymətləndirilirsə də, sonra 5,1 olaraq müəyyən edilib.

Episentr Soledaddan təxminən 20 km və Salinas şəhərindən 40 km məsafədə yerləşib.

Digər xəbərlər