Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "ADNOC Logistics & Services" şirkətinə məxsus gəmilərdən biri Fars körfəzində ölkənin ərazi sularında hücuma məruz qalaraq zədələnib.

"Report" xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

Bildirilib ki, insident noyabrın 10-da günün ikinci yarısında baş verib. Hazırda aidiyyəti xidmətlər hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Qeyd edək ki, "ADNOC Logistics & Services" Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) strukturuna daxildir və enerji sektorunun dəniz daşımaları, eləcə də logistik xidmətlər üzrə ixtisaslaşıb.

Digər xəbərlər