UKMTO Oman sahillərində tankerə hücum barədə məlumat yayıb

Oman sahilləri yaxınlığında tanker hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) bəyanatında deyilir.

"UKMTO Omanın Lima şəhərindən 19 dəniz mili (35 km) şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Tanker gəmisinin kapitanı naməlum mərmi ilə zərbə aldıqlarını bildirib", - məlumatda vurğulanıb və əlavə edilib ki, heyət üzvləri təhlükəsizlikdədir, ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat yoxdur.

Gəmi kapitanı səhər saatlarında zərərin qiymətləndirilməsini həyata keçirəcək:

"Gəmilərə ərazidən keçərkən ehtiyatlı olmaq, hər hansı şübhəli fəaliyyət barədə isə UKMTO-ya məlumat vermək tövsiyə olunur. Hazırda aidiyyəti qurumlar insidentlə bağlı araşdırma aparır".

Digər xəbərlər