Parisdə Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan "Facebook"da müvafiq fotoşəkili paylaşaraq məlumat verib.
Qeyd edək ki, Paşinyan IX Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfər edib.