Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və ABŞ-nin dövlət katibi Marko Rubio Parisdə danışıqlara başlayıblar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
"Parisdə Andrey Sibiqa və Marko Rubionun danışıqları başlayıb. Ukraynanın xarici işlər naziri və ABŞ dövlət katibi sülh səylərini (Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə - red.), strateji tərəfdaşlığın inkişafını, Ukraynanın müdafiə qabiliyyətinin və dayanıqlığının gücləndirilməsini müzakirə edəcəklər", - qurumun məlumatında bildirilib.