Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəməndəki husilərin "Ənsar Allah" hərəkatı tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik və qanadlı raketləri ələ keçirərək məhv edib.
"Report" xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.
"Hava hücumundan müdafiə qüvvələri terrorçu husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik və qanadlı raketləri ələ keçirərək məhv edib", – o bildirib.
Daha əvvəl Türki əl-Maliki krallığın cənubunda daha bir ballistik raketin ələ keçirildiyini açıqlamışdı.