ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər

Syerra-Leone bayrağı altında üzən, Rusiya dizeli daşıyan "Beast" tankeri hərəkət istiqamətini dəyişib.

"Report" xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" portalının məlumatlarında bildirilib.

Oktyabrın 28-də Baltik dənizindəki Primorsk limanından yola düşən və əvvəlcə ABŞ-yə istiqamətlənən tanker hazırda Braziliyaya doğru hərəkət edir.

Bundan əvvəl "Talisman" və "Leruo" tankerlərinin də marşrutlarını dəyişdiyi bildirilmişdi. "MarineTraffic"in məlumatına əsasən, birinci tanker artıq Misirin İsgəndəriyyə limanına çatıb, ikinci gəmi isə Braziliyaya doğru üzür.

Bundan başqa, "Agioi Fanendes" tankeri çərşənbə axşamı Bakı vaxtı ilə saat 00:43-ə olan məlumata görə, ABŞ-ın şərq sahillərindən təxminən 1 000 dəniz mili məsafədə sürətini 1,2 düyünə (2,22 km/saat) qədər azaldaraq, demək olar ki, dayanıb.

Gəminin təyinat limanı əvəzinə izləmə sistemlərində "For Orders" ("göstərişləri gözləyir") statusu qeyd olunub. Tankerin ABŞ-a çatma tarixi isə göstərilmir.

Tramp oktyabrın 9-da Rusiyanın dizel yanacağının ABŞ və qlobal bazarlara genişmiqyaslı tədarük ediləcəyini elan edib. Həmin günün sonunda ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının qlobal bazara daxil olmasının yolunu açıb və onu 7 aprel 2027-ci ilə qədər Amerikanın sanksiyalarından müvəqqəti azad edib.

Digər xəbərlər