UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib

Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayt ABŞ Prezidenti Donald Trampın ona Ağ Evin mətbuat katibi vəzifəsini təklif etməsinə baxmayaraq, bu təklifi qəbul etməyib.

"Report" xəbər verir ki, Uayt bu barədə Trampın iştirakı ilə Ağ Evin brifinq zalında keçirilən mətbuat konfransında danışıb.

Jurnalistlər üçün təşkil olunan brifinqin sonunda Tramp UFC rəhbərindən soruşub: "Amerika Birləşmiş Ştatlarının mətbuat katibi olmaq istəyərdin?"

Uayt təklifə belə cavab verib: "Təklifə görə təşəkkür edirəm, cənab. Amma siyasətə qarışmaq istəmirəm".

Tramp isə zarafatla "Eşitdiklərimdən şoka düşdüm. Hamıya sağ olun!" deyərək mətbuat konfransını başa çatdırıb.

Digər xəbərlər