ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Cared Kuşner Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları zamanı məhsuldar dialoqa ümid edir.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə danışıqlar başlamazdan əvvəl bildirib.
O qeyd edib ki, iştirakçılarda çoxlu emosiyalar var. Lakin komandaların cəsarətinin vacibliyini vurğulayıb.
C.Kuşnerin sözlərinə görə, Əbu-Dabidə müzakirə ediləcək bir çox ideyalar ABŞ tərəfindən avropalı tərəfdaşlar və Ukrayna ilə birgə hazırlanıb.