ABŞ-nin Dövlət katibi Marko Rubio Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların yekunlarını müsbət qiymətləndirərək, tərəflərin hələ çox iş görməli olduğunu qeyd edib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri jurnalistlərə bildirib.
"Görünən odur ki, Əbu-Dabidəki danışıqlar çox məhsuldar olub", - Rubio bildirib.
Bununla belə, o vurğulayıb ki, görüşün müsbət nəticələrinə baxmayaraq, münaqişənin tezliklə nizamlanmasından danışmaq hələ tezdir.
"Əlbəttə, heç kim problemin tezliklə, məsələn, növbəti 24 saat ərzində həll ediləcəyini demir", - ABŞ-nin Dövlət katibi qeyd edib.