Əsəd ordusunun hücumu nəticəsində mülki vətəndaşlar ölüb

Bəşşar Əsədə sadiq qüvvələrin Suriyanın İdlib bölgəsinə hava hücumu nəticəsində 12 mülki vətəndaş ölüb.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Müşahidəçiləri (SOHR) yayıb.

Xatırladaq ki, rejim qüvvələrinin İdlibə hücumu hələ ötən aydan başlayıb. İdlib bölgəsinin 3 milyona yaxın əhalisi var. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10