"Əş-Şabab" terrorçuları Somalidə 30 hərbçini qətlə yetiriblər

Bakı. 02 noyabr. REPORT.AZ/ "Əş-Şabab" təşkilatına üzv olan terrorçular Somalidə Xüsusi təyinatlı qüvvələrin Hərbi hazırlıq məktəbinə hücum ediblər.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, gözlənilmədən baş verən hücum nəticəsində 30-dan çox gənc hərbçi qətlə yetirilib.

Somali rəsmiləri hərbçilərlə terrorçular arasında döyüşlərin hazırda da davam etdiyini bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10