​Əlcəzairdə Fransa vətəndaşının cəsədi tapılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Əlcəzairdə 2013-cü ilin sentyabr ayında terrorçular tərəfindən başı kəsilən fransalı dağ turizmi təlimatçısı Erve Qurdelin cəsədi aşkar edilib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.

Fransa vətəndaşının cəsədi Qurdelin "Cund əl-Xəlifə" ("Xəlifənin əsgərləri") terror qruplaşmasının üzvləri tərəfindən qaçırıldığı Akbildə dəfn olunub.

55 yaşlı təlimatçının axtarışında 3 min əsgər iştirak edib.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03