Ekvador prezidenti ölkədə 8 günlük matəm elan edib

Bakı. 25 aprel. REPORT.AZ/Ekvadorda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 8 günlük ümummilli matəmi elan edilib. "Report"un məlumatına görə, bu barədə ölkə prezidenti Rafael Korrea bildirib.

Ekvador prezidenti həmçinin dövlət strukturlarına, ölkənin silahlı qüvvələrinə, yerli hakimiyyət orqanlarına böyük miqyaslı faciədəki həmrəyliklərinə görə minnətadarlıq edib.

Xatırladaq ki, Ekvadorda baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 654 nəfərə çatıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10