Ötən gün Əfqanıstanda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.
“Report” “TOLO News”a istinadən xəbər verir ki, bunu əyalətin Səhiyyə Departamentinin mətbuat katibi Zahir Adil deyib.
Onun sözlərinə görə, ölənlərin sayı 32-yə yüksəlib.
Xatırladaq ki, mayın 12-də Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətində polis idarəsi rəisinin dəfnində partlayış törədilib.