Əfqanıstanda NATO qüvvələrinin aviazərbələri nəticəsində 17 polis ölüb

Əfqanıstanın Hilmənd vilayətində NATO qüvvələrinin aviazərbə zamanı yol verdiyi xəta nəticəsində 17 polis ölüb, 14-ü isə yaralanıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, havadan zərbələr dünən, polisin bu vilayətin paytaxtı Ləşkərgah şəhəri yaxınlığında "Taliban" silahlıları ilə döyüşdüyü zaman endirilib.

Hazırda zərbələri kimin - Əfqanıstan və ya ABŞ aviasiyasının endirdiyi aydın deyil. "Taliban" tərəfi isə hava zərbələrinin ABŞ təyyarəsi tərəfindən endirildiyini iddia edir.

Digər xəbərlər