Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Əfqanıstanın şərqində yerləşən Qəzni vilayətində avtomobilin partladılması nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Report" "Tolo News" televiziyasına istinadən xəbər verir ki, bunu polisdən bildiriblər. 

Partlayış iyulun 27-də səhər saatlarında Ab Band bölgəsində baş verib.

Hadisənin təfərrüatı açıqlanmayıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10