​Əfqanıstan parlamentinə hücum edən 6 terrorçu zərərsizləşdirilib

Bakı. 22 iyun. REPORT.AZ/ Əfqanıstan polisi parlamentə hücum edən "Taliban" hərəkatının 6 silahlısını zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Xəbərə görə, ölkə parlamentinin binasına terrorçuların hücumu nəticəsində 5-i qadın, 3-ü uşaq olmaqla 21 dinc sakin yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında "Taliban" hərəkatının silahlıları Əfqanıstan parlamentinin yaxınlığında partlayış törədib, binaya hücum edib.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10