Efiopiya hökuməti müxalifətlə dialoqa başladığını elan edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Efiopiya hökumətinin ictimaiyyətlə əlaqələr xidmətinə istinadən məlumat yayıb.
Dialoqun elan edilməsi hakimiyyətin bir sıra siyasi partiya və hərəkat liderlərinə amnistiya verməsi ilə eyni vaxta düşüb.
Dekabrın 29-da Efiopiya parlamenti ölkənin siyasi qüvvələrini birləşdirmək üçün hökumətin təklif etdiyi Milli Dialoq Komissiyasının yaradılmasını təsdiqləyib. Komissiya əsas məsələlər üzrə milli konsensusa nail olmaq yollarını tapmalıdır. Komissiyaya qanunla separatçı kimi tanınmayan bütün əsas siyasi partiyalar və ictimai qüvvələr daxil olacaq.