Yəməndə parada hücum olub, 32 nəfər ölüb, yaralananlar var

Yəmənin Ədən şəhərində keçirilən parada hücum nəticəsində 32 nəfər ölüb, polis əməkdaşları yaralanıb.

“Report” CNNTurk-ə istinadən xəbər verir ki, hadisə partlayıcı qurğu quraşdırılmış avtomobillə törədilib.

Hücum yerli polis məntəqəsinə, hərbi heyətin məzuniyyət paradı zamanı edilib.

Partlayış ətrafdakı binalara da ziyan vurub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10