​Eboladan ölənlərin sayı 9 min nəfəri ötüb

Bakı. 6 fevral. REPORT.AZ/ Liberiya, Qvineya və Syerra-Leonedə Ebola virusundan yaranan xəstəlikdən ölənlərin sayı artıq 9 min nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

ÜST-ün məlumatına görə, Qərbi Afrikanın üç ölkəsində 2014-cü ilin yazında virusun baş qaldırdığı vaxtdan bu yana 9 min 4 nəfər insan dünyasını dəyişib.

Virusa yoluxanların sayı 22 min 625 nəfər təşkil edir.

Digər xəbərlər

Estoniya Moldovada səfirlik açır 05 oktyabr, 2026 / 20:31