Bakı. 17 noyabr. REPORT.AZ/ Çinin Şandun əyalətində kök emalı müəssisəsində baş verən yanğın nəticəsində ən azı 18 nəfər ölüb, 13 nəfər yaralanıb, 4 nəfər isə itgin düşmüş hesab olunur.
"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, hadisə bazar ertəsinə keçən gecə Şouquan şəhərində qeydə alınıb.
Yanğın zamanı müəssisədə 140 nəfər olub.
Hazırda yanğın söndürülüb. Zərərçəkənlərin sayı müəyyən edilir. Faktla bağlı araşdırma aparılır.