Çində sərnişin avtobusu aşıb, ölənlər və xəsarət alanlar var

Çində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə TASS xəbər yayıb.

Məlumata görə, hadisə Yançzyan şəhər dairəsi yaxınlığında, Şenyan-Haykou magistral yolunda qeydə alınıb. Həmin magistral xətdə hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən çevrilərək aşıb. Hadisə nəticəsində 7 nəfər həlak olub, daha 11 nəfər yaralanıb. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10