Çində partlayış olub, ölənlər və yaralananlar var

Bakı. 13 iyul. REPORT.AZ/ Çinin cənub-qərbindəki Sıçuan vilayətinin sənaye parkında partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hadisə cümə axşamı, yerli vaxtla saat 18:30-da İbin şəhər dairəsində, Çzyanan kəndində baş verib. Hadisə zamanı 19 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Əraziyə yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib. Hadisənin təfərrüatı araşdırılır.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10