Çində çoxmərtəbəli binada baş vermiş partlayış zamanı 3 nəfər ölüb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Çində çoxmərtəbəli  yaşayış binasında partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə Harbin şəhərində qeydə alınıb.

Partlayış zamanı 3 nəfər həlak olub. Habelə bir neçə nəfər xəsarət alıb. Yaralıların sayı dəqiqləşdirilir. 

İlkin məlumata görə, hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.   

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10