Britaniyada iki avtobus toqquşub, 13 nəfər xəsarət alıb

Bakı. 10 aprel. REPORT.AZ/ İngiltərənin Bedfordşir qraflığının Lutone şəhərində iki avtobusun toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.

"Report" "Sky News"a istinadən xəbər verir ki, qəza şəhərin mərkəzində baş verib.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Avtobusda sıxılmış vəziyyətdə qalan iki nəfər hadisə yerinə gələn fövqəladə hallar əməkdaşları tərəfindən çıxarılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10