Braziliyada turist avtobusu aşıb, 9 nəfər ölüb

Braziliyanın şərqindəki Baiya ştatının Teyşeyra-de-Freytas şəhəri yaxınlığında turist avtobusunun aşması nəticəsində azı 9 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Qeyd olunub ki, qəzada daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar. Hazırda polis hadisənin səbəblərini araşdırır.

Digər xəbərlər

İran ABŞ ilə dialoqa hazırdır 28 yanvar, 2026 / 18:46
Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44