Braziliyada Riu-Qrandi-du-Sul ştatındakı Quaiba bələdiyyəsində Azadlıq heykəlinin surəti güclü külək səbəbindən uçub.
"Report"un məlumatına görə, bu barədə "G1" portalı xəbər yayıb.
Hadisədən çəkilmiş videolarda Azadlıq heykəlinin surətinin güclü fırtına səbəbindən postamentindən düşməyə başladığı görünür. Portal qeyd edir ki, bölgə üçün 25 m/s-dən çox külək xəbərdarlığı edilib.
Heykəlin çökən hissəsi 24 metrə çatıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb və ərazi mühasirəyə alınıb.