Böyük Britaniya "Skripal işi" ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının (TŞ) sentyabrın 6-da keçiriləcək iclasının gündəliyinə "Skripal işi"nin salınması üçün müraciət edəcək.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Krallığın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Karen Pirs məlumat verib.

"Biz Sergey Skripal və onun qızı Yuliyaya qarşı sui-qəsdlə bağlı TŞ-ni məlumatlandırmaq istəyirik", - o deyib.

Digər xəbərlər