Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri (XİN) iyunun 20-də Cenevrədə İran XİN başçısı Abbas Əraqçi ilə danışıqlar aparacaqlar.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi diplomatlara istinadən məlumat yayıb.
Görüşdə həmçinin Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da iştirak edəcək.