BMT: Ukraynanın şərqində münaqişə dövründə 4 132 nəfər həlak olub

Bakı. 15 noyabr. REPORT.AZ/ Ukraynanın şərqində münaqişə başlayan vaxtdan ən azı 4 132 nəfər həlak olub.

"Noyabrın 11-nə olan məlumata görə, Ukraynanın şərqində MH-17 reysindəki 298 nəfər də daxil olmaqla, ən azı 4 132 nəfər öldürülüb və 9 747 nəfər yaralanıb", - deyə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin hesabatında bildirilir.

İdarənin növbəti hesabatı noyabrın 28-də açıqlanacaq.

Digər xəbərlər

Rusiyada helikopter sərt eniş edib 21 fevral, 2026 / 14:03