BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclas keçirəcək.
"Report"un məlumatına görə, bu barədə xəbəri dekabr ayında şuraya sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyi yayıb.
İclasın yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlaması planlaşdırılır.
Təşəbbüs Sloveniya, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası tərəfindən irəli sürülüb.