BMT Baş katibi Davos səfərini ləğv edib

BMT-nin Baş katibi Antonio Quterriş İsveçrəyə səfərini ləğv edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi BMT nümayəndəsi Rolando Qomesə istinadən bildirir.

Onun Davosda Dünya İqtisadi Forumunda (DİF) iştirakı planlaşdırılırdı.

"Səfər sabaha planlaşdırılmışdı, lakin o, bərk soyuqlayıb", - Qomes qeyd edib.

Qeyd edək ki, DİF-in 56-cı sessiyası Davosda 19-23 yanvar tarixlərində keçirilir.

Digər xəbərlər