BMT: Son yeddi ayda 4 027 miqrant ölüb

Bakı. 2 avqust. REPORT.AZ/ Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) son yeddi ayda 4 027 miqrantın öldüyünü açıqlayıb. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, qurumdan həmçinin son on gündə Liviya sahillərində dalğaların gətirdiyi 120 meyitin tapıldığı vurğulanıb.  

Təşkilatın sözçüsü Joel Millman isə dünyasını dəyişənlərdən 3/4-nün Avropaya getmək istəyərkən Aralıq dənizində boğulduğunu bildirib: "Ötən ilin eyni dövrü ilə müqayisədə dünyada miqrant ölümü 35 faiz artıb". 

Eyni zamanda, İtaliya son iki gündə 3 mindən çox miqrantın Aralıq dənizində ölümdən xilas olunduğunu açıqlayıb. 

Digər xəbərlər

Con Hili Kiprə gedib 05 mart, 2026 / 13:31