Beyrutda "Hizbullah" komandirlərindən biri zərərsizləşdirilib

İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutda "Hizbullah" komandirlərindən birini məhv edib.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İMQ-nin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat yayıb.

"Ləqəbi "Fida" olan Zaid Əli Cuma Livan ərazisindən İsrail istiqamətində raketlərin, reaktiv mərmilərin və pilotsuz uçuş aparatlarının buraxılmasına cavabdeh idi", - məlumatda qeyd olunub.

"O, İMQ piyada briqadasının iki döyüşçüsünün həlak olduğu hücuma rəhbərlik edib", - Zamir bildirib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12