Beynəlxalq Valyuta Fondunun missiyası Kiyevə gedib.
"Report"un məlumatına görə, bu barədə ukraynalı icraçı direktorun maüavini Vladislv Raşkovan bildirib.
"Beynəlxalq Valyuta Fondunun heyəti ilə Kiyevə gəldik. İşə hazırıq. Bir çox görüşlər planlaşdırılıb", - o sosial şəbəkələrdə yazıb.
V.Raşkovanın sözlərinə görə, missiya növbəti 7-8 gün ərzində Ukraynada işləyəcək.