Bavariyada avtovağzal partlayış təhlükəsi səbəbindən təxliyə edilib

Bakı. 24 mart. REPORT.AZ/ Almaniyanın Bamberq şəhər mərkəzi avtovağzalında (Bavariya) avtobuslardan birində şübhəli əşya aşkar olunduğundan insanlar təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən N-TV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Yuxarı Frankoniya regionu üzrə polis nümayəndəsinin sözlərinə görə, vağzalda təhdidlər səsləndirən və əşyaya aidiyyəti olan kişi saxlanılıb.

Digər xəbərlər