Barak Obama Boris Nemtsovun qətlini pisləyib

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama siyasətçi Boris Nemtsovun qətlini pisləyib.

"Report" xəbər verir ki, bu barədə Ağ ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

"ABŞ prezidenti: Birləşmiş Ştatlar Boris Nemtsovun dəhşətli qətlini pisləyir. Biz Rusiya hökumətini təxirə salınmadan, qərəzsiz və şəffaf təhqiqat aparmağa və müqəssirlərin məsuliyyətə cəlb edilməsinə nail olmağa çağırırıq", - deyə məlumatda bildirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10